Ana Sayfa > Siyasət > İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal -
İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal -9-12-2019, 11:40. Yazar: sevinc1 |
Sabiq Müsavat başqanı İsa Qəmbərlə "Milli Şura"nın üzvü Gültəkin Hacıbəyli arasında “müavin” qalmaqalı yenidən alovlanıb. Trend-in məlumatına görə, Gültəkin Hacıbəyli özünün "Facebook" səhifəsində yazıb: "Hörmətli İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat partiyasının Beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir. İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib. Siyasətdə belə təkliflər də, imtinalar da çox olur və bu normal haldır. İkincisi, hər şeyə rəğmən İsa bəyin bu faktı etiraf etməsi onun səviyyəsinin göstəricisidir, çünki, təəssüf ki, Azərbaycan siyasətində heç də hamı bu keyfiyyətilə fərqlənmir, əksinə, vaxtilə məni öz təşkilatlarına dəvət edən bəziləri indi bunun əksini iddia edərək üzümə dururlar ki, guya mən hətta heç bir strukturu olmayan, ikinci kurs tələbələrinin belə qoşulmaqdan imtina etdiyi və 5-6 nəfər üzvü olan təşkilatda "sobesedovaniyadan" keçməmişəm. Heyf ki, çox şeyləri demək olmur... İsa bəy onda da haqlıdır ki, iki nəfər arasında olan söhbət ictimailəşməməlidir və mən həyatım boyu belə davranmışam. Düzdür, İsa bəyin təklifi şəxsi söhbət deyildi, ən böyük müxalifət partiyalarından birinin idarəetməsilə bağlı idi, amma mən yenə də bu söhbəti açmadım, ən doğma bildiyim insanlardan, məsələn, Cəmil müəllimdən başqa illərlə heç kimlə bölüşmədim. Hörmətli İsa bəy, mən bunu istəmirdim və etməzdim də, məni bu söhbəti ictimailəşdirməyə müsavatçılar məcbur etdi. Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız. Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səsilə Milli Şuranın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir...". Ardınca G.Hacıbəyli daha da aqressiv şərh yazıb: "Bəzi müsavatçılar kütləvi şəkildə bu statusun altına mənim İlham Əliyevin təbliğat mitinqimdəki çıxışımı yükləyirlər. Onlara bu statusun mahiyyəti hələ də çatmayıb. Yaxşı, mən pis idimsə, niyə məni partiyanızın rəhbərliyinə dəvət edirdiniz, MŞ-ya komitə sədri seçirdiniz?! Bunu düşünmək əvəzinə zombi kimi bir ucdan yükləyirlər" İsa Qəmbər isə elə bu statusun altından şərh yazaraq bildirib ki, Azərbaycan ictimai-siyasi arenasında ən çox tənqid olunan - haqlı ya haqsız, səmimi ya qərəzli- şəxslərdən biri Gültəkin Hacıbəylidir: "İradlar demokratik düşərgədən gələndə Gültəkin xanımın cavab üçün istifadə etdiyi əsas arqumentlərdən biri də təxminən belə olur: "Müsavat başqanı Isa Qəmbər mənə təkidlə partiyanın beynəlxalq siyasət üzrə başqan müavini postunu təklif edib 2013-cü ilin payızında, mən imtina etmişəm." Gültəkin xanım məram və niyyətlərin dəqiqləşdirilməsi üçün edilən söhbəti "təkidli təklif" kimi dəyərləndirirsə, mübahisə etməyəcəm. İki nəfər arasında söhbətin elə yalnız iki də şahidi var. Məncə aydın məsələdir ki, kiməsə vəzifə təklif etmək onu toxunulmaz etmir, tənqiddən təminat vermir. Bu mövzuda diskussiyalıq bir şey yoxdur. Başqa bir məqamı vurğulamaq istəyirəm. Hörmətli Gültəkin xanım, mən sizə Xarici Siyasət üzrə müavin vəzifəsini təklif etmişəmsə də, hər halda Daxili Siyasət üzrə müavin vəzifəsi təklif etməmişəm. İndi də düşünürəm ki, siz özünüzün bilavasitə funksiyalarınızı həyata keçirməklə yanaşı, daha toparlayıcı mövqe tutsanız təmsil etdiyiniz quruma və bütövlükdə demokratik düşərgəyə daha çox fayda gətirmiş olarsınız". G.Hacıbəylinin bu statusuna yazılan şərhlərdə isə müsavatçılarla "Milli Şura" təmsilçiləri bir-birini təhqir atəşinə tutub. Murad Əliyev adlı istifadəçi yazıb: "Gültəkin Hacıbəyli yenə də yuyulmamış çömçə kimi ortaya düşüb. Hər dəfə ölkəmizdə mühüm beynəlxalq yarış və ya tədbir keçiriləndə, sosial şəbəkələrin troll "madonnası" yenə də aktivləşir". Pərvin Hacıyev isə belə yazıb: "İsa Qəmbər özünü daim gündəmdə saxlamağa çalışan, siyasi cəhətdən tükənmiş bir insandır. Həqiqətən onda çox neqativ aura var. Sifətini görəndə adam depresiyaya düşür... Bir şəxs ki, siyasi tacir statusu ala. Saxta sənəd alveri və sair. Biz onun üzünə vurmadıqca uşaq kimi sırtılır". aia.az Geri dön |