Ana Sayfa > Karusel / Parlament > Bakıda bacı-qardaşı naməlum şəraitdə bıçaqlayan şəxsin kimliyi bilindi -
Bakıda bacı-qardaşı naməlum şəraitdə bıçaqlayan şəxsin kimliyi bilindi -9-12-2019, 10:10. Yazar: sevinc1 |
![]() Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin kimliyi müəyyənləşib. Report-un xəbərinə görə, hadisə dekabrın 7-də paytaxtın Binəqədi rayon, Eldar Babayev küçəsi, ev 30-da baş verib. Belə ki, saat 13 radələrində Qıxlarov Elmar Mərdan oğlu 1998-ci il təvəllüdlü Qıxlarova Ayşən Əbil qızına və onun qardaşı, 1994-cü il təvəllüdlü Mənsimli İlkin Əbil oğluna iki dəfə bıçaq zərbəsi endirərək xəsarət yetirib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır. 09:38 Bakıda bıçaqlanma hadisəsi baş verib. Report xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Qafarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar. Yaralılar təcili yardimin köməyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |