Ana Sayfa > Karusel / Gündəm > Yevda Abramovun vəziyyəti ağır olaraq qalır
Yevda Abramovun vəziyyəti ağır olaraq qalır6-12-2019, 15:34. Yazar: sevinc1 |
![]() Milli Məclisin İnsan hüquqları Komitəsinin sədr müavini, deputat Yevda Abramovun Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam edir. Bu barədə Azvision.az -a deputat Vahid Əhmədov məlumat verib. Bildirib ki, həmkarı hazırda reanimasiyadadır. "Vəziyyəti ağır olsa da, müalicəsi davam edir"-, deyə V.Əhmədov Yevda Abramovun sağlıq durumunda müsbətə doğru dəyişiklik olmadığını söyləyib. Qeyd edək ki, bir neçə gün əvvəl onkoloji xəstəlikdən əziyyət çəkən Yevda Abramov səhhətində problem yarandığından Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. aia.az Geri dön |