Ana Sayfa > Parlament / Aia TV / Karusel > Bakıda dəhşətli qətl – Babası 16 yaşlı nəvəsinin cinsiyyət orqanını kəsdi
Bakıda dəhşətli qətl – Babası 16 yaşlı nəvəsinin cinsiyyət orqanını kəsdi9-02-2016, 11:28. Yazar: admin |
16 yaşlı gənc babası tərəfindən amansızlıqla qətlə yetirilib. Aia.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2000-ci il təvəllüdlü Bayramov Tural Mübariz oğlu Bakıda qətlə yetirilsə də o, Ağdam rayonunun Çəmənli kəndində dəfn olunub. T.Bayramovun ölümündə babası Rafiq Bayramov şübhəli bilinib və saxlanılıb. Hazırda Çəmənli kənd məzarlığında Tibbi Ekspertiza qrupu meyitə baxış keçirir. T. Bayramovun amansızlıqla qətlə yetirildiyi, qulağının, burnunun, dodağının və cinsiyyət orqanının kəsildiyi deyilir. Hazırda təqsirləndirilən şəxs Ağdam rayon Polis Şöbəsində Binəqədi rayon Prokurorluğunun əməkdaşları tərəfindən dindirilir. Cinayətin baş vermə səbəbləri araşdırılır. Geri dön |