Ana Sayfa > Ölkə > Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır


5-12-2019, 15:22. Yazar: sevinc1
Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır



Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

BNA-dan aia.az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

aia.az
Geri dön