Ana Sayfa > Siyasət > Fuad Muradov:
Fuad Muradov:5-12-2019, 13:21. Yazar: sevinc1 |
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bəzi ölkələrdə Azərbaycan diaspora təşkilatları arasında fikir ayrılığı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. Trend-in məlumatına görə, F.Muradov deyib ki, diaspora təşkilatlarının fəaliyyəti hansısa şəxslərə bağlı olmur, bu, bir icma işidir, könüllülük, vətənə sevgi məsələsidir: “Bəzən olur ki, kimlərsə nə vaxtsa hansısa bir məsələyə görə bir birindən küsür. Mən Ukraynanı misal gətirirəm.Biz gələndə gördük ki, orada işlər pis məcraya daxil olur. Biz bir az vaxt sərf etdik və bu istiqamətdə müsbət nəticə əldə etdik. Bu gün o təşkilatlar birgə fəaliyyət göstərirlər. Biz demirik ki, mütləq birgə fəaliyyət göstərin, ancaq düşmənçilik də etməyin. Bizim ümumi düşmənimiz bəllidir, Dağlıq Qarabağ məsələsi var, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Ona görə də biz düşmənə heç bir şans verməməliyik ki, Azərbaycan diasporası haqında mənfi fikirlər səsləndirsin. Biz hamımız ölkəmizin milli maraqlarına xidmət etməliyik. Birlik olan yerdə dövlət sizin yanınızdadır və sizə daha yüksək dəstək götərəcək. Mən buradan həmişə çağırış edirəm ki, müsbət istiqamətdə fəaliyyət göstərək”. aia.az Geri dön |