Ana Sayfa > Karusel / Ölkə > Yevlaxda qaçırıldığı deyilən qız tapıldı -

Yevlaxda qaçırıldığı deyilən qız tapıldı -


4-12-2019, 14:55. Yazar: sevinc1
Yevlaxda qaçırıldığı deyilən qız tapıldı -


Dekabrın 1-də Yevlax rayon Rüstəmli kənd sakini Ə.A. DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək qızının Qaraməmmədli kənd sakini olan bir nəfər tərəfindən qaçırılması barədə şikayət ünvanlayıb.

Bu barədə aia.az -a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin gün şikayətlə əlaqədar Yevlax RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Aparılmış araşdırmalar nəticəsində dekabrın 2-də həmin qız tapılaraq, onun izahatı alınıb və o zorla deyil, könüllü olaraq həmin şəxslə ailə quracağını bildirib. Bununla belə, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yevlax Rayon Prokurorluğuna verilib.

Bundan başqa, nazirlik bəyan edib ki, sosial şəbəkələrdəki səhifələrin birində - “Yevlaxın Rüstəmli kəndində iki gün öncə bir qızı zorla qaçırıblar. Polisə müraciət ediblər, oğlanın qohumu polisdə işləyir deyə işə baxmırlar” – qeyd edilən status həqiqəti əks etdirmir və polisin nüfuzunu ləkələmə məqsədi daşıyır.

aia.az
Geri dön