Ana Sayfa > Karusel / Siyasət > Paşinyan Ermənistan rəsmilərini Bakıya göndərir
Paşinyan Ermənistan rəsmilərini Bakıya göndərir3-12-2019, 14:50. Yazar: sevinc1 |
Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə bu ölkənin nümayəndə heyəti Azərbaycana gələcək. Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinə Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Yol nəqliyyat siyasəti idarəsinin şöbə müdiri Arman Karapetyan və Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Artem Aznauryan daxildir. Onlar 4-7 dekabr tarixlərində TRACEKA-nın Bakıda keçiriləcək 14-cü iclasında və qurumun 20 illiyinə həsr olunmuş konfransda iştirak edəcəklər. Qeyd edək ki, TRACECA Avropa İttifaqı tərəfindən 1993-cü ildə təklif edilən çoxtərəfli əməkdaşlıq proqramıdır. Hökumətlərarası komissiya 2000-ci ildə yaradılıb. Geri dön |