Ana Sayfa > Siyasət > Komitə sədri:

Komitə sədri:


2-12-2019, 13:38. Yazar: sevinc1
Komitə sədri:

“2016-cı ildə keçirilən referendum və bu zaman konstitusiyaya edilən əlavə və dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion bazadır. Konstitusiyanın 98-1-ci maddəsi Milli Məclisin buraxılması məsələsini həll etmiş olur. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını, məhkəmə hakimiyyətini əhatə etmiş oldu: “Bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib. Bununla yanaşı, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir".

Ə.Hüseynli qeyd edib ki, bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir: "Hesab edirəm ki, bir sıra ekspertlər və bəzi opponentlərin Milli Məclisin buraxılmasının konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yalnış yanaşmadır. Çünki bu məsələ konstitusiyasının 98-1-ci maddəsində qeyd olunub. Milli Məclisin buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim konstitusiyamıza və hüquq sisteminə uyğundur”.
Geri dön