Ana Sayfa > Siyasət > Millət vəkili:
Millət vəkili:2-12-2019, 09:36. Yazar: sevinc1 |
30 noyabr 2019-cu il tarixdə Türkiyənin Ədirnə vilayətində Avrasiya məkanında mühüm enerji layihələrindən biri olan TANAP qaz kəmərinin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü – “Şahdəniz və Cənub Qafqaz Boru kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP-da vaxtında istifadəyə veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcək. TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olaraq “Şahdəniz-2” yatağından çıxan qazı Türkiyə və bu ölkədən Avropaya nəql edən bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənub Qafqaz boru kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans- Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1800 km TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrdək artırılması nəzərdə tutulub. Bu layihə Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin nəticəsidir və eyni zamanda bu layihə digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırılır. Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir və bu layihə artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə çərçivəsində hasil olunacaq təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəməri vasitəsilə çatdırılacaq. Layihənin həyata keçirilməsində Türkiyəni, Gürcüstanı, Böyük Britaniyanı, Rusiyanı, Fransanı və digər ölkələri təmsil edən 12-ə qədər məşhur şirkət iştirak edir. Bu layihə geniş beynəlxalq əməkdaşlığı rellaşdıran bir layihədir. TANAP-ın istifadəyə verilməsi göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradır. Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir. Rauf Əliyev Millət vəkili Geri dön |