Ana Sayfa > Karusel / Cəmiyyət > Şəmkirdə dəhşətli yol qəzası:

Şəmkirdə dəhşətli yol qəzası:


2-12-2019, 09:01. Yazar: sevinc1
Şəmkirdə dəhşətli yol qəzası:


Şəmkirdə baş vermiş yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Azvision.az -ın məlumatına görə, qəza zamanı həlak olanlar Şəmkir rayon sakinləri - 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-cü il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır.

***
Şəmkir - Gədəbəy avtomagistralında ölümlə nəticələnən yol qəzası baş verib.

Azvision.az xəbər verir ki, hadisə magistralın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mitsubishi Pajero" və “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər həlak olub.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır.

aia.az
Geri dön