Ana Sayfa > Siyasət > Siyavuş Novruzov:
Siyavuş Novruzov:29-11-2019, 15:12. Yazar: sevinc1 |
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin buraxılması ilə bağlı müraciətinin detallarını açıqlayıb və müxalifət düşərgəsində bununla bağlı iddialara münasibət bildirib. aia.az-ın məlumatına görə, S.Novruzov bildirib ki, YAP-ın parlamentin buraxılması ilə bağlı təşəbbüsü Konstitusiyaya tam uyğundur: "Müxalifətin bir az yaddaş problemi var. Yaddaş probleminə görə nə dediklərini bilmirlər. Elə Müsavat Partiyasının qərargahındakı sonuncu toplantılarında müzakirələrin yekunu olaraq qəbul etdikləri sənədin sonuncu bəndi elə növbədəkənar parlament seçkiləri ilə bağlı bənd olub. Yəni onlar düşünürdülər ki, bəyanat versələr, hakimiyyət həmin məsələdən uzaqlaşacaq, məhz onların bəyanatına görə keçirməyəcək. Onların bəyanatının bizə heç bir aidiyyəti yoxdur”. S.Novruzov əlavə edib ki, nə Şərqin, nə Qərbin, Avropanın, nə də hansısa Avropa strukturunun növbədənkənar parlament seçkilərinə heç bir aidiyyəti yoxdur: "Azərbaycan müstəqil siyasət yeridir və hər hansı bloka qoşulmur. O baxımdan Azərbaycan dövləti öz siyasətini xalqının tələbinə uyğun olaraq qurur. Dünyada praktika belədir ki, müxalifət növbədənkənar seçkiləri önəmli sayır. Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və orada iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyillərsə və hazırlaşmayıblarsa, onda fəaliyyətləri nədən ibarətdir? Dəfələrlə şahidi olmuşuq ki, Prezident seçkiləri zamanı namizəd tapa bilmirlər. Namizədliyin irəli sürülməsi prosesi yekunlaşmaq üzrə olanda onlar ya Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu, ya da Cəmil Həsənlini haradansa tapıb gətiriblər. Ona görə də seçkilərdə ən vacib məsələ zamandır". Millət vəkilinin sözlərinə görə, YAP deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlilini aparır: "Onların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla işləməsi, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir. Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Növbəti seçkilərdə onların təhlil müddətindəki fəaliyyəti nəzərə alınacaq”. S.Novruzov eyni zamanda mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olması ilə bağlı dərc olunan siyahıya da münasibət bildirib. O qeyd edib ki, siyahı havadan götürülmüş siyahıdır: "Hər seçkiöncəsi belə siyahılar dərc olunur. Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır”. aia.az Geri dön |