Ana Sayfa > Manşet / Gündəm > Azərbaycanın yeni Ombudsmanı məlum oldu -

Azərbaycanın yeni Ombudsmanı məlum oldu -


29-11-2019, 12:58. Yazar: sevinc1
Azərbaycanın yeni Ombudsmanı məlum oldu -

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

aia.az -ın məlumatına görə, iclasda çıxış edən parlamentin İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova bildirib ki, tərcümeyi-hallarına görə, təqdim olunan namizədlərin hər biri bu vəzifəni tuta bilər:

“Namizədlərin hər biri ölkənin ictimai-siyasi həyatında tanınan simalardır. Onlar ölkənin bugünkü siyasətinə, Prezident İlham Əliyevin yürütdüyü yeniləşmə, gəncləşmə siyasətinin ruhuna tam uyğundurlar”.

Məsələ müzakirə olunduqdan səsverməyə çıxarılıb. Səsvermənin nəticələrinə görə, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilib. 104 deputat onun lehinə səs verib.

Qeyd edək ki, Prezident İlham Əliyev Ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

aia.az
Geri dön