Ana Sayfa > Manşet / Siyasət > “Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq” -

“Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq” -


28-11-2019, 15:51. Yazar: sevinc1
“Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq” -


Növbəti parlament seçkilərində gənclərdən ibarət deputat korpusunun formalaşması bizim diqqətimizdə olacaq.

Azvision.az -ın məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, parlamentə xalqı ən layiqlə təmsil edən insanlar cəlb ediləcək:

“Çalışacağıq ki, parlamentə xalqı layiqincə təmsil edən gəncləri önə çəkək. Yeni Azərbaycan Partiyasından nə qədər insanın parlamentdə təmsil olunması xalqın seçimindən asılı olacaq. Biz çalışacağıq vətəndaşları inandıraq ki, YAP üzvləri parlamentdə onları layiqincə təmsil edəcək”.

Ə.Əhmədov vurğulayıb ki, parlamentin buraxılmasında qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. Burada söhbət Azərbaycanda həyata keçirilən islahatların daha əhatəli olmasından gedir: "Dünyanın bütün ölkələrində növbədənkənar parlament seçkiləri keçirilir”.

aia.az
Geri dön