Ana Sayfa > Karusel / Cəmiyyət > Arvadı ilə dalaşan kişi özünü 4-cü mərtəbədən atdı

Arvadı ilə dalaşan kişi özünü 4-cü mərtəbədən atdı


28-11-2019, 09:58. Yazar: sevinc1
Arvadı ilə dalaşan kişi özünü 4-cü mərtəbədən atdı


Tərtər rayon sakini intihara cəhd edib.

Azvision.az xəbər verir ki, hadisə noyabrın 27-də baş verib. Belə ki, Tərtərin Yeni qəsəbəsində müvəqqəti məskunlaşan Kəlbəcər sakini, 1994-cü il təvəllüdlü Əli Məmmədov həyat yoldaşı ilə aralarında yaranmış ailə münaqişəsi zəminində sərxoş vəziyyətdə özünü yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Məmmədov Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Ə.Məmmədov 2013-cü ildən ruhi əsəb xəstəlikləri dispanserində qeydiyyatdadır.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.


aia.az
Geri dön