Ana Sayfa > Gündəm > “Beş min qadınla rus tanklarının qarşısına çıxmışam” -

“Beş min qadınla rus tanklarının qarşısına çıxmışam” -


27-11-2019, 14:54. Yazar: sevinc1
“Beş min qadınla rus tanklarının qarşısına çıxmışam” -

“5 min qadınla rus tanklarının qarşısına çıxmışam”.

Modern.az xəbər verir ki, bu sözləri Unikal.org-a sabiq deputat Cümşüd Nuriyevin təhqir etdiyi, Xalq Cəbhəsinin dövründə qadın batalyonunun komandiri olmuş Xanım Xəlilova deyib.

Xanım Xəlilova hesab edib ki, türk qadını hər zaman qəhraman olur:

“Mən, 1990-cı ildə 5 min qadınla rus tanklarının qarşısına çıxmışam. Çünki rus qoşunları bizim müstəqilliyimizi yox etmək üçün qarşılarına çıxan hər kəsi öldürürdü. Türk, Azərbaycan kişisi qadını düşmənin önünə buraxmaz. Evdə olan kişilər, bilsələr ki, qadınlar düşmənin qarşısına çıxıb, onların heç biri evdə oturmayacaqlar. Mən rəhbərlik etdiyim qadınlara “Nənəxatun” adı qoymuşdum. Onları belə ruhlandırırdım. Bizə kimin nə deməsindən aslı olmayaraq, bu lazım idi. Biz düşmən qarşısına çıxanda “evdə uşağım, anam, atam var” kimi fikirlər düşünmədik”.

Xanım Xəlilova xatırladıb ki, Əbülfəz Elçibəy dövlət başçısı olanda ona nazir vəzifəsi təklif etsə də, bundan imtina edib:

“Biz düşmənlə savaşdıq. Məni bir neçə dəfə ermənilər mühasirəyə aldı. Hətta məni öldürmək üçün başıma pul qoymuşdular”.

aia.az
Geri dön