Ana Sayfa > Cəmiyyət > Toya hazırlaşan oğlanı maşın vurub öldürdü -

Toya hazırlaşan oğlanı maşın vurub öldürdü -


27-11-2019, 09:30. Yazar: sevinc1
Toya hazırlaşan oğlanı maşın vurub öldürdü -


Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az -ın məlumatına görə, rayonun Mayak kənd sakini Zeynalov Oruc Abbas oğlunu maşın vurub. O, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, O.Zeynalov toya hazırlaşırmış. O, dostunun maşınını alaraq toy dəvətnaməsi paylamağa gedib. Ancaq Milabad kəndində avtomobilin mühərriki sönüb, Oruc və digər sərnişin maşını itələməyə başlayıblar. Hava qaranlıq olduğundan arxadan gələn avtomobil onları görməyib və toya hazırlaşan gənci vurub.


aia.az
Geri dön