Ana Sayfa > Təhsil > Türkiyəli professor ADU-ya gəldi –

Türkiyəli professor ADU-ya gəldi –


26-11-2019, 15:53. Yazar: sevinc1
Türkiyəli professor ADU-ya gəldi –


Azərbaycan Dillər Universitetində (ADU) Türk Araşdırmaları Mərkəzinin açılış və Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri professor Dr. Yekta Saraçın ADU-nun Fəxri doktoru adı ilə təltifolunma mərasimi keçirilib.

aia.az xəbər verir ki, ADU-nun rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla professor Yekta Saraçın türkoloji aləmdə, elm quruculuğunda adı olan və bu işlərə öz həyatını vermiş insan kimi nəinki Türkiyədə, həmçinin Azərbaycanda və ölkənin sərhədlərindən xeyli kənarda ciddi alim kimi tanındığını bildirib.

ADU-nun fəxri doktorları siyahısına belə alim və mötəbər insanın daxil edilməsinə ürəkdən sevindiyini bildirən Kamal Abdulla Y.Saraçın ADU-nun tələbə, müəllim, gənc tədqiqatçılarını daim diqqət mərkəzində saxlayacağına, universitetin Türkiyə universitetləri ilə əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inandığını deyib.

Dr.Yekta Saraç iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığın mövcud olduğunu qeyd edərək, təhsil sahəsindəki əlaqələrin vacibliyindən danışıb. Dilin mədəniyyətin simvolu olduğunu deyən Y.Saraç ADU-nun dillərin öyrədilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.

ADU-nun Elmi Şurasının qərarına əsasən professor Dr.Yekta Saraç Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində, həmçinin təhsil, mədəniyyət və elm istiqamətində əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı ilə təltif olunub. Kamal Abdulla professor Yekta Saraça ADU-nun fəxri doktoru diplomunu təqdim edib.

Qonaq ADU-nun fəxri qonaqlar üçün xatirə dəftərinə ürək sözlərini yazıb.

aia.az
Geri dön