Ana Sayfa > Gündəm > General müşavirədə polkovnik-leytenantı işdən çıxardı
General müşavirədə polkovnik-leytenantı işdən çıxardı25-11-2019, 17:47. Yazar: sevinc1 |
![]() Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qaydalarının və vətəndaşların hüquqlarının pozulması, onlara qarşı kobudluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol verdikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib. Azvision.az xəbər veri ki, bu barədə məlumat dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə deyilib. Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-leytenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb. Müşavirənin sonunda normativ-hüquqi aktların və rəhbər sənədlərin tələblərinə riayət olunması, dövlət sərhədindən buraxılış məntəqələrində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqamətində əlavə tapşırıqlar verilib. aia.az Geri dön |