Ana Sayfa > Ölkə > Masallı sakinləri Prezidentə müraciət etdilər
Masallı sakinləri Prezidentə müraciət etdilər25-11-2019, 17:44. Yazar: sevinc1 |
"Xahiş edirik, bu yolun bərpası üçün göstəriş verəsiniz" Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Sherg.az-ın xəbərinə görə,müraciətdə deyilir: "Hörmətli Prezident, hörmətli Mehriban xanım, öncə nəzərinizə çatdıraq ki, bizim-Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakininin Sizə ünvanlanan bu müraciəti həmdə 10-dan artıq kəndin sakinlərinin arzusudur. Problemi diqqətinizə çatdırmazdan öncə Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə Sizə təşəkkür edirik. İndi bu yol əvvəlkindən çox rahat, üstəlik vaxt baxımından xeyli səmərəlidir. Amma problem ondadırki hal-hazırda ölkənin ən böyük qəsəbələrindən olan Boradigah və 10-dan artıq kəndi bu magistralla birləşdirən, təxminən 6 kilometrlik yol (Boradigah-Qumbaşı) dağılmış vəziyyətdədir. Bu səbəbdən minlərlə sakin mənzil başına çatmaq üçün alternativ yollardan (Musaküçə-lürən və Masallı şəhərinin içi) istifadə etmək məcburiyyətində qalıb. Sizin bir müddət əvvəl dağılmış yollarla bağlı Avtomabil Yolları Dövlət agentliyinin rəhbəri Saleh Məmmədova verdiyiniz qəti tapşırıqdan sonra biz problemlə bağlı bu quruma müraciət etdik. Amma bizə verilən rəsmi cavabda deyildiki, bəhs etdiyimiz yol onların balansında deyil. Bunun üçün mütləq hokumətin problemə müdaxiləsi lazımdır. Hörmətli prezident, hörmətli Mehriban xanım, bilirik ki, bu yaxınlarda Sizlərin təşəbbüsünüzlə dahi şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Ələt-Astara magistralının Masallıdan keçən hissəsinin hər iki tərəfində yaşıllıq zolağı salınacaq. Sizlərdən xahiş edirik ki, bu xeyirxah işlə paralel Boradigah-Qumbaşı yolunun bərpası barədə də göstəriş verəsiniz. Öncədən təşəkkür edirik". aia.az Geri dön |