Ana Sayfa > İqtisadiyyat > Nazir:
Nazir:25-11-2019, 14:18. Yazar: sevinc1 |
2020-ci ilin dövlət büdcəsində deputatların təklifləri nəzərə alınmaqla bir sıra dəyişiklik edilib. Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclsin bu gün keçirilən plenar iclasında deyib. Nazir bildirib ki, siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsait 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılıb: “İctimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması da təklif edilir. Bununla bərabər, Azərbaycan Prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağru rayonu ərazisinlə Qədim Ağsu şəhər Dövlət Tarix-Mədənyiyət Qoruğu yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının büdcə layihəsində nəzərə alınması təklif olunur. Həmçinin 2020-ci il üçün Milli Məclisin xərclərinin əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir”. Nazir, həmçinin gələn ilin dövlət büdcəsinin kəsir və xərclərində də dəyişikliyin olduğunu diqqətə çatdırıb. S.Şərifovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub: “Həmin müraciətə əsasən, Naxçıvan Muxtar Respublikasında gəlirlər potensialının 19 milyon manat artırılması müvafiq olaraq Muxtar Respublikaya ayrılan dotasiya məbləğinin 19 milyon manat azalmasına imkan yaradır”. Nazir qeyd edib ki, qənaət edilmiş 19 milyon manat vəsaitin dölət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur: “Bu zaman Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən Muxtar Respublikasının büdcəsinə yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq. Aparılacaq dəyişiklik nəticəsində 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layhədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 miylard 488 milyon manat səviyyəsində nəzərdə tutulur. İcmal büdcənin kəsiri isə 19 milyon azaldılaraq 1 milyard 936 milyon manat təşkil edəcək. Dövlət büdcəsnin gəlirləri gəlirləri təqdim olunmuş səvyyədə, yəni 24 milyard 134,5 mlyon manat, xərcləri 19 milyon manat azaldılaraq 26 miylard 894,7 milyon manat, kəsir isə 19 milyon manat azaldılaraq 1 milyard 786 milyon manat təşkil edəcək”. aia.az Geri dön |