Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Azərbaycanlı nazirin arxasından Qarabağı sildilər – FOTO
Azərbaycanlı nazirin arxasından Qarabağı sildilər – FOTO8-02-2016, 12:36. Yazar: admin |
Türk mətbuatında ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik olub. Türkiyənin məşhur saytlarından birində Azərbaycana qarşı hörmətsizlik edilib. Aia.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumatına görə, Türkiyənin “Sabah” qəzetinin saytı Dünya Turizm Forumu çərcivəsində keçirilən “nazirlər toplantısı” haqqında məqalə hazırlayıb. Məqalənin fotosunda Azərbaycanın, Makedoniyanın, Qana və Türkiyənin nazirləri yer alıb. Onların arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələri yerləşdirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbayacanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib. Bununla da Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olub. Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov ANS PRESS-ə açıqlamasında fotonun montaj olduğunu deyib. “Forumda nazirlərin fonunda belə bir şəkil olmayıb. Bu, sonradan fotoşopla hazırlanıb. Bununla bağlı mütləq tədbir görülməlidir”, - deyə qurum rəsmisi vurğulayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də məsələdən xəbərdar olduğunu və bu barədə səfirliyə məlumat verildiyini qeyd edib. Turizmin Davosu adlandırılan Dünya Turizm Forumu 2016-cı il fevralın 4-də İstanbulda keçirilib. Forumda Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Makedoniyanın Dövlət naziri Furkan Çako, Qananın mədəniyyət və turizm naziri Elizabet Ofosu Agyare və Türkiyənin turizm naziri Mahir Ünal iştirak edib. Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycanda turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib. Dövlətin turizmin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edən nazir, Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını da Geri dön |