Ana Sayfa > Ölkə > Ucar və Kürdəmirdə maarifləndirmə tədbirləri keçirilib

Ucar və Kürdəmirdə maarifləndirmə tədbirləri keçirilib


22-11-2019, 18:19. Yazar: sevinc1
Ucar və Kürdəmirdə maarifləndirmə tədbirləri keçirilib


Ucar və Kürdəmir rayonlarında "Uşaq hüquqları və onların müdafiə mexanizmləri” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirdə rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib. Tədbirdə layihənin eksperti Pərvin Süleymanova çıxış edərək, BMT-nin Uşaq Hüquqları Konvensiyasının yaranma tarixi, məqsədləri haqqında danışıb, uşaqların hüquqları və onların müdafiə mexanizmləri barədə, eləcə də hüquqları pozulduğu zaman müraciət edə biləcəkləri qurumlar barədə məlumat verib.

Tədbirdə uşaqlarla müzakirələr aparılıb, onların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən "Ümumtəhsil məktəblərində uşaq hüquqları və onların müdafiə mexanizmləri mövzusunda maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” adlı layihəsi çərçivəsində keçirilib.

aia.az
Geri dön