Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Nazir Olimpiya Stadionunda toylara “hə” deyir

Nazir Olimpiya Stadionunda toylara “hə” deyir


8-02-2016, 12:34. Yazar: admin

“Burda ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var”.

Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür.

Aia.az APA-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir dünya təcrübəsində də belə halların olduğunu deyərək, təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait olduğunu vurğulayıb:

“Burda ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam”.
Geri dön