Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Oqtay Şirəliyev tələbələrin müalicəsini nəzarətə götürdü
Oqtay Şirəliyev tələbələrin müalicəsini nəzarətə götürdü21-11-2019, 16:37. Yazar: sevinc1 |
![]() Zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş tələbə Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Azvision.az -ın məlumatına görə, hazırda həmin şəxslərin stasionar şəraitdə müalicələri davam etdirilir. Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. 1998-ci il təvəllüdlü Həmidə İbadova və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib. aia.az Geri dön |