Ana Sayfa > Manşet / Gündəm > Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib -
Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib -21-11-2019, 16:04. Yazar: sevinc1 |
![]() Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib. Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib. Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Sonra fəxri qarovul dəstəsinin keçidi olub. aia.az Geri dön |