Ana Sayfa > Manşet / Təhsil > Ceyhun Bayramov belə kadrlarla işləyir... - İDDİA

Ceyhun Bayramov belə kadrlarla işləyir... - İDDİA


21-11-2019, 11:46. Yazar: sevinc1
Ceyhun Bayramov belə kadrlarla işləyir... - İDDİA


Uzun illərdir ölkənin təhsil sisteminin müasirləşdirilməsi, orta məktəblərin yenidən qurulması və müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Hər il dövlət büdcəsindən ayrılan milyonlar gələcəyimiz olan övladlarımızın düzgün təhsil alması üçündür.

Ölkə prezidenti İlham Əliyev təhsilin cavanlaşdırılması üçün hətta bu sahəyə nəzarəti gənc kadr- Ceyhun Bayramova həvalə etdi. Amma ki… Bəli elə əmmalar da var ki, bu barədə nəinki danışmaq, yazmaq hətta lazım gələrsə yenə nazir dəyişmək lazımdır ki, problemlər kökündən həll olunsun.

Əslində kiçik problemləri çıxsaq ölkənin əksər bölgələrindən tutmuş paytaxt Bakı şəhərindəki məktəblər təhsil üçün tam əlverişli və təmirlidir, avadalıqlarla təmin olunub, bütün şərait yaradılıb. Sadəcə qalıb bu məktəblərdə təhsilin səviyyəsini artırmaq, sistemli şəkilə salmaq və valideyn -müəllim münasibətlərini normallaşdırmaq.

Amma gəl ki, hələ də əksər orta məktəblər sovet rejimi, rüşvət, müəllim- direktor- valideyn münasibətlərinin polis səviyyəsinə çatması, damdan daman yağış suyunun altına qabqacaq yığmaq və sairə problemlər hölm sürür

Bütün bunlar azmış kimi bəzi direktorlar valideynləri susdurmaq üçün şərləmə, övladlarının təhlükəsizliyi ilə narahatlıq yaratmaq kimi süni əngəllər də bir tərədfən.

Bizimxeber.az-a daxil olan məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 326 saylı orta məktəbdə vəziyyət daha ciddidir. Bir az da dəqiqləşdirsək sözügedən məktəbin direktoru Elminaz Nadirovanın konfliktlərə meylli olması vəziyyəti hər gün bir qədər də dərinləşəndirir.

Məlumata görə, bu ilin ilk dərs günü məktəbliləri tam təmirdən çıxmış məktəbin dam örtüyündan daman yağış süları və dəhliz boyu düzülmüş vedrələr salamlayıb. Direktor Elminaz Nadirova qərara alıb ki, problemi 3-cü mərtəbədə dərs keçən müəllim və şagirdlərin valideynlərinin dəstəyi ilə həll eləsin. Hər uşaqdan 3-5 manat toplanaraq məktəbi də, direktoru da, şagirdləri də bu mənfur bəladan xilas ediblər. Təbii ki, əgər ediblərsə. Hələ qarşıda qılınc kimi qış fəsli var və məktəbin damı bu sınaqdan necə çıxacaq bax bu sual altındadır.

İşin ən qəliz tərəfi və bumeranqı elə direktorun özüdür. Deyilənə görə, direktor Gülnaz xanım qanun-qayda tələb edən valideynləri ya polislə susdurur, ya da … Bəli növbəti ya da olan fakt barədə gələn günlərdə (araşdırma aparıldığı üçün bur barədə heç bir məlumat vermirik)

ADNA terrorundan sonra bütün ali və orta məktəblərdə təhlükəsizlik sisteminin qurulması, kameralarla nəzarət mexanizminin yaradılması üçün külli miqdarda vəsait ayrıldı. Bu hal Elminaz Nadirovanın məktəbindən uzaqdır. İstənilən adam məktəbə daxil ola və istədiyini törədə bilər. Məsələn, məktəbin yaxınlığında hansısa obyektlərdə çalışan insanlar məktəbin yeməkxanasından rahatlıqla istifadə edir. Hansı ki, bu yeməkxana məktəblilər və müəllimlər üçündür və kənar şəxslərin daxil olması qəti qadağandır. Bunu subut etmk üçün kameralara baxmaq yetərlidir.

Daha bir ciddi problem direktorun şəhid ailələrinə qarşı aqressiv rəftarıdır. Təsəvvür edirsinizmi xanım direktor şəhid ailəsinin övladlarına hansı münasibət göstərir? İnana bilərsinizmi ki, Elminaz Nadirova şəhid ailəsinə “gözlərim aydın siz şəhid ailəsisiniz” kimi fikirlər deməkdən çəkinmir? Görəsən bu haqqı ona kim verib – Təhsil naziri Ceyhun Bayramovmu? Bəlkə cənab nazir ona deyib ki, şəhid ailəsini təhqir elə, həbs etdirməyə çalış, şantaj yolu seç, polisə şikayət məktubunu otağında yaz göndər və sairə?

Bəlkə Elminaz Nadirovaya şəhid ailəsi ilə belə rəftar etməyi vəzifədən uzaqlaşdırılan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tapşırıq verib? Ola bilərmi xanım Nadirova?

Kimdir bu Elminaz Nadirova? Onu hansı üstünlüklərinə görə, direktor təyin ediblər? Bu barədə geniş araşdırma yazısı yaxın günlərdə…

AIA.Az
Geri dön