Ana Sayfa > Karusel / Gündəm > Şəhid adından istifadə edən dələduzla bağlı araşdırma aparılır

Şəhid adından istifadə edən dələduzla bağlı araşdırma aparılır


21-11-2019, 10:39. Yazar: sevinc1
Şəhid adından istifadə edən dələduzla bağlı araşdırma aparılır


Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməlləri ilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.

Bakı Şəhər Baş Baş Polis Mətbuat Xidmətindən aia.az -a verilən məlumata görə, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkədə aprel döyüşlərinin şəhidi Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.

aia.az
Geri dön