Ana Sayfa > Parlament > Bakıda sərnişin avtobusu qəzaya düşdü, 6 nəfər xəstəxanaya yerləşdirildi
Bakıda sərnişin avtobusu qəzaya düşdü, 6 nəfər xəstəxanaya yerləşdirildi21-11-2019, 09:30. Yazar: sevinc1 |
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Səbail rayonunun Sahil qəsəbəsi, 20-ci sahə ərazisində baş verib. Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə 6 nəfər xəsarət alıb. Xəsarət alanlar - 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Daha bir sərnişin - 17 yaşlı oğlana yerində yardım edilib. Geri dön |