Ana Sayfa > Gündəm > 2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq -
2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq -20-11-2019, 16:58. Yazar: sevinc1 |
![]() 2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana səyahət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatıb. Bu, 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir. Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycana səyahət edənlərin 51.9%-ni təşkil edir. Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47.9% və 37.8% artım müşahidə edilib. 2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24.7% artım deməkdir. Ən yüksək artım 74.3%-lə İran və 65.1%-lə Orta Asiya ölkələri arasında qeydə alınıb. Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9.6 min nəfər və ya 18% artım) və Rusiyadan (9.2 min nəfər və ya 14.4% artım) gələnlər arasında müşahidə edilib. aia.az Geri dön |