Ana Sayfa > Karusel / Ölkə > Əhalinin istiliklə təchizatı üçün qaz müvəqqəti kəsiləcək -
Əhalinin istiliklə təchizatı üçün qaz müvəqqəti kəsiləcək -20-11-2019, 09:48. Yazar: sevinc1 |
Bu gün saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Trend-ə bildirilib. Onun sözlərinə görə, fasilələr həmin rayonda əhalinin istiliklə təchizatı üçün görüləcək vacib işlərin icrası ilə əlaqədardır. Belə ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Həmçinin məlumata görə, Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş 159 mm diametrli yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək. Bu işin icrası üçün bu gün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb. aia.az Geri dön |