Ana Sayfa > Manşet / Siyasət > Müxalifətin növbəti uğursuzluğu -
Müxalifətin növbəti uğursuzluğu -19-11-2019, 10:03. Yazar: sevinc1 |
Özünü demokratik qüvvələrin "Milli Şura"sı kimi təqdim edən qurumun sədri Cəmil Həsənli siyasi bacarıqsızlığını etiraf edərək sözügedən quruma sədrliyi Tofiq Yaqubluya həvalə etmək istəyir. Trend-in məlumatına görə, C.Həsənli bu barədə özünün sosial şəbəkədəki səhifəsində yazıb. "Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir" - deyə qeyd edən C.Həsənli bununla da müxalifətin yarıtmaz siyasətinə görə daşıdığı məsuliyyətdən qurtulmaq istəyini bəyan etmiş olur. Qeyd edək ki, oktyabrın 19-da Bakıda "Milli Şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu dünən azadlığa buraxılıb. aia.az Geri dön |