Ana Sayfa > İdman / Aia TV / Karusel > Cüdoçumuz gümüş medal qazandı
Cüdoçumuz gümüş medal qazandı7-02-2016, 12:40. Yazar: admin |
Millimiz aktivinə ilk medalı yazdırıb. Fransanın paytaxtı Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turnirinə start verilib. Cüdo Federasiyasından verilən məlumata görə, 93 ölkədən 583 cüdoçunun qalib adı uğrunda mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 11 idmançı ilə təmsil olunur. Yarışın ilk günündə 4 cüdoçu ilə mübarizəyə başlayan millimiz aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyevin çıxışı uğurlu alınıb. Cüdoçumuz 1/4 finala gedən yolda qırğızıstanlı Argen Bakıtbek, perulu Juan Postiqos və tatami sahibi Vinsent Limare üzərində qələbə qazanıb. 1/4 finalda Koreya təmsilçisi Von Jin Kimi məğlub edən Mükiyev, yarımfinalda Özbəkistan cüdoçusu Şarafuddin Lütfillaevə də qalib gələrək adını finala yazdırıb. Lakin finalda Yaponiya təmsilçisi Toru Şişimeyə məğlub olan İlqar Müşkiyev “Böyük dəbilqə”nin gümüş medalını qazanıb. Digər cüdoçularımız - Orxan Səfərov ( 60 kq), Hidayət Heydərov və Tərlan Kərimov (hər ikisi 66 kq) mübarizəni erkən dayandırıblar. Geri dön |