Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda “Hyundai” piyadanı vurub öldürdü

Bakıda “Hyundai” piyadanı vurub öldürdü


7-02-2016, 11:25. Yazar: admin

Hadisə “Nərimanov” metrostansiyası yaxınlığında baş verib.

Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

AIA.az -ın Lent.az-a istinadən məlumatına görə, Nərimanov rayonunda, Ağa Nemətulla küçəsində “Hyundai” markalı minik avtomobili 73 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön