Ana Sayfa > Manşet / Siyasət > "Erməni jurnalistlər qələt edib Azərbaycana gəlirlər" —

"Erməni jurnalistlər qələt edib Azərbaycana gəlirlər" —


15-11-2019, 11:55. Yazar: sevinc1
"Erməni jurnalistlər qələt edib Azərbaycana gəlirlər" —


Milli Məclisin deputatı, əməkdar jurnalist Aqil Abbas noyabrın 17-də bir qrup erməni jurnalistin Bakıya edəcəyi səfərdən danışıb.

aia.az xəbər verir ki, bunu deputat Demokrat.az-a açıqlamasında ermənilərin Bakıya səfərinə müsbət baxmadığını bildirib:

"Mən bu barədə dəfələrlə fikir bildirmişəm. Bu cür səfərlərə müsbət baxmıram. Biz Ermənistanla müharibə şəraitində olan dövlətik. Böyük Vətən Müharibəsi zamanı almanlar Moskvaya və yaxud da ruslar Almaniyaya gedə bilərdilər? Ona görə də bu cür səfərlər bir oyundur, "sülh" adı ilə oyun oynayırlar. Konkret olaraq deyirəm ki, erməni jurnalistlər qələt edib Azərbaycana gəlirlər. Azərbaycandan Ermənistana gedəcək jurnalistlər də qələt edirlər".

aia.az
Geri dön