Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Baş nazir: “Türkiyə çoxlarının görə bilmədiyi işi təkbaşına etdi”

Baş nazir: “Türkiyə çoxlarının görə bilmədiyi işi təkbaşına etdi”


6-02-2016, 18:41. Yazar: admin

Hollandiyanın baş naziri Mark Rutte suriyalı miqrantlara etdiyi yardımlara görə Türkiyəyə təşəkkür edib.

Aia.az xəbər verir ki, həftəlik mətbuat konfransında çıxış edən baş nazir bildirib ki, Avropa Birliyi üzvləri Türkiyəyə qarşı ədalətli olmalıdır: “Dürüst olaraq deyim ki, indiyədək Avropa Birliyinə bu məsələdə elə böyük köməyimiz olmayıb. Ancaq Türkiyəni bu məsələdə günahlandırmaq doğru və ədalətli deyil. Hazırda Türkiyədə 2,2 milyon suriyalı miqrant var ki, bunların sayı hər an arta bilər. Biz Türkiyənin kimsəsiz miqrantlara qucaq açmasına hörmətlə yanaşırıq. Mən türk həmkarlarımı buna görə qınaya bilmərəm, əskinə təşəkkür edirəm. Çünki Türkiyə çoxlarının görə bilmədiyi işi təkbaşına etdi”.
Geri dön