Ana Sayfa > Karusel / Gündəm > "Tələbimiz ilk növbədə dövlət tərəfindən maliyyələşdirilən telekanallaradır...”

"Tələbimiz ilk növbədə dövlət tərəfindən maliyyələşdirilən telekanallaradır...”


14-11-2019, 10:27. Yazar: sevinc1
"Tələbimiz ilk növbədə dövlət tərəfindən maliyyələşdirilən telekanallaradır...”


Sabiq deputat Maksim Musayev saytımıza açıqlamasında telekanallarımız haqda danışarkən İrəvan telekanallarının bizim telekanalları üst'lədiyini bildirib.

Moderator.az-a açıqlamasında yazıçı İradə Tuncay aparılan islahatlar nəticəsində dövlət telekanallarımızdan böyük gözləntiləri olduğunu dedi:

“Əslində bizim televiziyalar ölkənin iqtisadi göstəricilərinin güzgüsüdür, yəni televiziyada nə olur, necə olur hamısı göz qabağındadır. Əgər hamı narazıdırsa, onda bu şou proqramlara baxan kimdir? Əgər yox, baxan varsa, bəs onda narazı kimdir? Bunlar bir az təzadlı məsələdir. Bu haqda geniş yazılar yazmışam, hər dəfə suallara cavab verirəm, amma hamısı mənasızdı. Çünki heç bir tədbir görmürlər.

İndi mən ümidliyəm ki, dövlət televiziyası və İTV-də aparılan dəyişikliklər müsbət nəticə verəcək. Yəni alternativ fikir olmasa, televiziyaya baxan olmayacaq. Bu mütləq olmalıdır və onda kimisə də buna inandıra biləcəksən. Özəl telekanalların arqumenti var ki, maliyyəmiz yoxdur, özümüzü saxlamaq üçün pul qazanmalıyıq. Yəni bu mənada tələbimiz ilk növbədə dövlət tərəfindən maliyyələşdirilən telekanallaradır”.

aia.az[h1][/h1]
Geri dön