Ana Sayfa > Dünya > İŞİD-ə qoşulan 29 azərbaycanlı Türkiyədən deportasiya ediləcək
İŞİD-ə qoşulan 29 azərbaycanlı Türkiyədən deportasiya ediləcək13-11-2019, 15:09. Yazar: sevinc1 |
Türkiyədən deportasiya ediləcək İŞİD terror qruplaşmasının üzvü olan xarici vətəndaşların sayı açıqlanıb. Azvision.az -ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfi yaxın vaxtlarda İŞİD üzvü olan 959 xarici vətəndaşı öz ölkələrinə deportasiya edəcək. Onlardan 29 nəfəri Azərbaycan vətəndaşıdır. Ümumilikdə Türkiyədən deportasiya olunacaq şəxslərdən 147-si uşaqdır. Onların valideynləri Suriyadakı döyüşlərdə öldürülüb. Saxlanılan şəxslərin bu ayın sonuna kimi deportasiyası gözlənilir. aia.az Geri dön |