Ana Sayfa > Manşet / Gündəm > İnam Kərimov iki direktoru işdən çıxarıb

İnam Kərimov iki direktoru işdən çıxarıb


13-11-2019, 12:26. Yazar: sevinc1
İnam Kərimov iki direktoru işdən çıxarıb


Kənd Təsərrüfatı Nazirliyinin iki DAİM direktoru işdən azad edilib.

Azvision.az -ın əldə etdiyi məlumata görə, Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktorları işdən çıxarılıblar. Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Kənd Təsərrüfatı Nazirliyindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad edilmişdi. Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb.

aia.az
Geri dön