Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Yol polisi sərxoş sürücüləri qanunsuz aparatlarla yoxlayırmış - FOTO + VİDEO

Yol polisi sərxoş sürücüləri qanunsuz aparatlarla yoxlayırmış - FOTO + VİDEO


6-02-2016, 16:58. Yazar: admin
Yol polisi sərxoş sürücüləri qanunsuz aparatlarla yoxlayırmış - FOTO + VİDEO
“Bu cihazları polislər özləri internetlə Çindən alır”.

Azərbaycanda yol polislərinin istifadə etdikləri və uzaq məsafədən nəfəs verilməklə işləyən bəzi alkotesterlər saxtadır.

AiA.az Avtosfer.az-a istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan videoda öz hüquqlarını bilən sürücünün YPX əməkdaşınlarına verdiyi “Göstərdiyiniz cihazın alkotester olduğuna əminsiniz? Sizə Baş Dövlət Yol Polisi İdarəsindən verilən alkostester budurmu?” – sualına əvvəlcə inspektorlar “Bəli” cavabı versə də, sonradan “Xeyr, bu, ilkin tibbi müayinə üçündür” cavabını verirlər.

Sürücü daha öncə Çin istehsalı olan bu alkotesterlə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsində bu sorğuya cavab olaraq mayor Əfqan Əliyevin cavabı belə olub:

“Bu alkotesterləri inspektorlar özləri Çindən alırlar, onların bu avadanlığı istifadə etməyə ixtiyarları yoxdur”.

Sürücünün inadkarlığını görən inspektorlar qanuni alkotesterlə sərxoşluğu müəyyən etməli olublar.

Qeyd edək ki, dövlət tərəfindən (Baş Polis İdarəsindən və Baş Dövlət Yol Polisi İdarəsindən-red.) verilən sərxoşluğu yoxlayan cihazların əslində çemodanı və qəbz çap edən avadanlığı olmalıdır. Sürücü isə uzaqdan üfürmədən, birdəfəlik müştüklərlə təchiz edilmiş cihaza rahat nəfəs verməlidir. Azərbaycanda qanuni şəkildə ölkəyə gətirilən, reyestrdən keçən, yol polislərinə verilməli olan alkotesterlər Kanada istehsalı “DriveSafe” markalı alkotesterlərdir.

Onlar ildə iki dəfə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müqayisəli dövlət yoxlamasından keçirilməlidir. Yoxlamadan keçirildikdən sonra sınaq protokolu tərtib edilir və bu barədə sənəd verilir. Yalnız bu halda həmin cihazlarla inzibati xəta törətməsi barədə qərar çıxarmaq olar.

Nazirlər Kabinetinin 2014-cü il tarixli, 209 saylı qərarına görə, yol polisi sürücünün sərxoşluğunu alkotesterlə müayinə etdikdən sonra nəticə kağızda çap olunmalıdır. Bundan əlavə, alkotestertə yalnız bir dəfə istifadə üçün nəzərdə tutulan müştük taxılmalıdır və sürücü həmin müştüklə üfürdükdən sonra müayinə baş tuta bilər.

Hazırda isə yol polisləri qara rəngli, müştük taxılmayan alkotesterdən istifadə etməklə sürücülərə kənardan üfürməyi məsləhət görürlər.



Geri dön