Ana Sayfa > Ölkə > BNA əməkdaşları halı pisləşən qadına kömək etdi

BNA əməkdaşları halı pisləşən qadına kömək etdi


13-11-2019, 11:27. Yazar: sevinc1
BNA əməkdaşları halı pisləşən qadına kömək etdi


Bu gün səhər metronun “Koroğlu” stansiyası yaxınlığında halı pisləşən vətəndaş Bakı Nəqliyyat Agentliyi (BNA) əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Agentlikdən aia.az-a verilən məlumata görə, ərazidən keçən minik avtomobillərinin birində olan xanımın qəflətən halı pisləşib. Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən BNA əməkdaşları dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər.

Eyni zamanda təcili tibbi yardım avtomobilin əraziyə maneəsiz yaxınlaşması üçün zəruri tədbirlər göürülüb. Onların köməkliyi ilə həmin şəxs xəstəxanaya çatdırlıb.

aia.az
Geri dön