Ana Sayfa > Gündəm > Bayram günlərində Bakı-Gəncə sürət qatarı ilə 2389 sərnişin daşınıb
Bayram günlərində Bakı-Gəncə sürət qatarı ilə 2389 sərnişin daşınıb12-11-2019, 17:21. Yazar: sevinc1 |
![]() Bayram günlərində adi iş günlərinə nisbətən dəmir yolu ilə daşınan sərnişinlərin sayı iki dəfə çox olub. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Məlumatda qeyd olunur ki, Dövlət Bayrağı Günü ərəfəsində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, noyabrın 9-da bir istiqamətə, noyabrın 11-də isə hər iki istiqamətə olmaqla, əlavə qatar təyin edilib: "Həmin tarixlərdə Bakı-Gəncə-Bakı istiqamətində 2389 sərnişin daşınıb. Bu da, müvafiq olaraq, adi iş günlərində daşınan sərnişindən iki dəfə çoxdur". aia.az Geri dön |