Ana Sayfa > Siyasət > Ziyad Səmədzadə:

Ziyad Səmədzadə:


12-11-2019, 12:31. Yazar: sevinc1
Ziyad Səmədzadə:


“Son illərdə ölkədə aparılan islahatlar, xüsusilə də “kölgə iqtisadiyyatı”na qarşı mübarizə öz nəticələrini verir. Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin plenar iclasındakı büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

O bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-nin nominal artımı 1.2 faiz, qeyri-neft sektoru üzrə 7.6 faiz olduğu halda, vergidaxilolmalarının artım tempi 5.7 faiz təşkil edib:

“O cümlədən qeyri-neft sektoru üzrə 12.6 faiz təşkil edib”.

Komitə sədri söyləyib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104.9 faiz, neft sektoru üzrə 95.9 faiz, qeyri-neft sektoru üzrə isə 109.5 faiz yerinə yetirilib:

“Cəmi aktiv ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32.9 faiz artıb”.

aia.az
Geri dön