Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Samir Şərifov: Yeni büdcə layihəsi Milli Məclisə təqdim olunub

Samir Şərifov: Yeni büdcə layihəsi Milli Məclisə təqdim olunub


6-02-2016, 13:09. Yazar: admin

“Uzun müddət Azərbaycanın maliyyə dayanıqlılığı qorunub saxlanılıb”.

Neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılması zərurəti yaradıb. Artıq yeni büdcə layihəsi hazırdır və Milli Məclisin müzakirəsinə təqdim olunub.

Aia.az APA-ya istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Sabirabad ictimaiyyəti ilə görüşündə bildirib.

“Uzun müddət Azərbaycanın maliyyə dayanıqlılığı qorunub saxlanılıb. Lakin dünyanın enerji bazarında yaranmış təlatümlər, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin 4 dəfə düşməsi milli valyutanın devalvasiyasına səbəb oldu. Bu da ölkənin iqtisadi mənzərəsinə mənfi təsir göstərdi. Prezidentin göstəriş və sərəncamları bizdən çevik tədbirlər görməyi tələb edir”, - deyə nazir əlavə edib.
Geri dön