Ana Sayfa > Siyasət > ABŞ-ın ATƏT-dəki səfiri Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır
ABŞ-ın ATƏT-dəki səfiri Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır8-11-2019, 12:30. Yazar: sevinc1 |
ABŞ ATƏT Minsk qrupunun işinə böyük əhəmiyyət verir və Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına sadiqliyini bildirir. Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor təşkilatın Daimi Şurasının iclasında deyib. O, son aylarda qoşunların təmas xəttindəki itkilərdən narahat olduqlarını ifadə edib: “Bu, münaqişə çərçivəsində davam edən insan itkilərini göstərir və yerlərdə, eləcə də paytaxtlarda gərginliyi artırır. Bu, həm də nizamlama perspektivlərini azaltmaqla inamsızlıq və düşmənçiliyi artırır. Eyni zamanda Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv əlaqələr ümid verir. Əlaqələrin səviyyəsi nəticə verə bilər və verməlidir. Biz tərəfləri ölkələrin əhalisini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunan konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq”. C.Gilmorun sözlərinə görə, bu məsələlər barədə razılıq kifayət deyil: “Biz tərəfləri tez bir zamanda konkret addımlar atmağa çağırırıq”. Səfir əlavə edib ki, tərəflərin əhalini sülhə hazırlamağın vaxtı çatıb: “ABŞ azərbaycanlılar və ermənilər arasında etimadın möhkəmləndirilməsi və dialoqun genişləndirilməsi üzrə tədbirləri dəstəkləyir. Dialoqda iştirak edənlər bunu azad və qorxusuz şəkildə, öz yurdlarına qayıtmaqları üçün ittiham olunmadan etməlidirlər. Münaqişənin hərbi yolla həlli ola bilməz və status-kvo qəbulolunmazdır”. aia.az Geri dön |