Ana Sayfa > İqtisadiyyat > Nazir:
Nazir:6-11-2019, 12:11. Yazar: sevinc1 |
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam etdirilir. Trend-in məlumatına görə, iclasda Maliyyə naziri Samir Şərifov 2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı haqqında danışıb. Nazir qeyd edib ki, 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. S.Şərifov, həmçinin bildirib ki, 2020-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır. O bildirib ki, Azərbaycan əhalisinin sosial təminatının daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb. Nazirin sözlərinə görə, növbəti ildə də bu işlər davam etdiriləcək: “2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir”. aia.az Geri dön |