Ana Sayfa > Karusel / Cəmiyyət > İki övladı ilə “Megafun”a gedən ana yoxa çıxdı

İki övladı ilə “Megafun”a gedən ana yoxa çıxdı


6-11-2019, 10:18. Yazar: sevinc1
İki övladı ilə “Megafun”a gedən ana yoxa çıxdı


Bakıda ana övladları ilə birlikdə itkin düşüb.

Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Şəhər sakini, 27 yaşlı Əlizadə Lamiyə Allahverən qızı doqquz yaşlı oğlu Emil Məmişov və qızı, altı yaşlı Günay Məmişova ilə birlikdə oktyabrın 24-də “Megafun” Əyləncə Mərkəzinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

L.Əlizadə əyləncə mərkəzindən Nərimanov rayonu ərazisində yaşayan bacısıgilə gedəcəyini bildirsə də, həmin ünvana getməyib.

Faktla bağlı araşdırma aparılır.



aia.az
Geri dön