Ana Sayfa > Cəmiyyət > Gömrükdən 2,5 kq tiryək keçirmək istədilər

Gömrükdən 2,5 kq tiryək keçirmək istədilər


4-11-2019, 18:06. Yazar: sevinc1
Gömrükdən 2,5 kq tiryək keçirmək istədilər


Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşları Məmmədov İbrahim Eldar oğlu və Qurbanov Qulam Əhməd oğluna məxsus əl yükləri rentgen aparatında yoxlanılarkən monitorda şübhəli cizgilər müşahidə olunub.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən aia.az -a verilən məlumata görə, nəqliyyat vasitələrinin ehtiyat hissələrindən ibarət olan həmin yük saxlanılıb və təkrar yoxlanılıb.

Yoxlama zamanı 1 ədəd ağ rəngli sellofan torbada olan karton qutunun içərisində ehtiyat hissəsinin daxilindəki boşluqdan aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 2500 qram olan qara rəngli narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


aia.az
Geri dön