Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək


4-11-2019, 18:03. Yazar: sevinc1
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək


Noyabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən aia.az -a verilən məlumata görə, tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Metin Gürakdır.

Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.


aia.az
Geri dön