Ana Sayfa > Siyasət > Gələn həftədən büdcə müzakirələri başlayır
Gələn həftədən büdcə müzakirələri başlayır4-11-2019, 13:20. Yazar: sevinc1 |
Gələn həftə Azərbaycanın 2020-ci il dövlət büdcə zərfi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Azvision.az xəbər verir ki, noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır. aia.az Geri dön |